Bazar gününə olan HAVA PROQNOZU

Bazar gününə olan HAVA PROQNOZU

Hazırda oxunan: Bazar gününə olan HAVA PROQNOZU

55516

Bazar günü Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 16-da buludlu hava şəraiti üstünlük təşkil edəcək.

Gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2-4° isti, gündüz 6-8° isti olacaq. Bakıda gecə 2-4° isti, gündüz 6-8° isti olacaq.

Atmosfer təzyiqi 755 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 7-10° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 0-5° şaxta, yüksək dağlıq ərazilərdə gecə 15-20° şaxta, gündüz 5-10° şaxta olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO