Bəzi hallarda müxtəlif şəxslər qazi adından sui-istifadə etməyə cəhd edir ki, bu da yolverilməzdir.
Bizim.Media xəbər verir ki, bunu Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov vətənpərvərliyin təbliği istiqamətində görülən işlər və mənfi təzahürlər” mövzusunda krcirilən konfransda deyib.
MÖVZU İLƏ BAĞLI:
Şəhidin adına bulaq tikdirəcəyini deyib onları ALDATDI - VİDEO
O bildirilib ki, Vətən müharibəsində iştirak etməyən bəzi şəxslərin özünü qazi kimi təqdim edərək müxtəlif iddialarla çıxış etməsi, dövlətin qazilərə olan diqqət və qayğısına kölgə salmağa çalışması kimi hallara qarşı ictimaiyyət də fəal reaksiya verməlidir.
"Bəzi qüvvələrin qazilərdən, onların cəmiyyətdəki nüfuzundan dövlətə qarşı istifadə etməyə cəhd etməsi yolverilməzdir", - deyə C.Xəlilov əlavə edib.
Bizim.Media