Bakı-Qazax magistralında yol qəzası - Yaralananlar var

Bakı-Qazax magistralında yol qəzası - Yaralananlar var

Hazırda oxunan: Bakı-Qazax magistralında yol qəzası - Yaralananlar var

55290

Bakı-Qazax avtomagistralında yol qəzası baş verib.

Bizim.Media-nın məlumatına görə, hadisə magistralın 275-ci kilometrliyində, Ağdaş rayonunun Şirvangöl istirahət mərkəzi yaxınlığında baş verib.

“Toyota” və “Vaz 21011” markalı minik maşınlarının iştirakı ilə baş verən qəza zamanı hərəkətdə olan maşın dayanıqlı vəziyyətdə olan digər avtomobilə çırpılıb.

Hadisə nəticəsində müxtəlif bədən xəsarətləri alan iki nəfər Göyçay rayon sakini 1985-ci il təvəllüdlü Qarayev Eyvaz Telman oğlu və 1977-ci il təvəllüdlü Kərimov Kamran Telman oğlu xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO