Ermənilərin törətdiyi Göyçə soyqırımı – Daşnak zabitinin ETİRAFLARI 

Ermənilərin törətdiyi Göyçə soyqırımı – Daşnak zabitinin ETİRAFLARI 

Hazırda oxunan: Ermənilərin törətdiyi Göyçə soyqırımı – Daşnak zabitinin ETİRAFLARI 

55217

Ermənistan Daşnak hökümətinin Daxili İşlər naziri olmuş Ruben Ter Minasyan "Erməni İnqilabçısının xatirələri" adlı əsərində Göyçənin strateji mövqeyi barədə yazırdı ki, Azərbaycan bu torpaqlar üzərində Cığım dərəsi vasitəsi ilə Vedibasarla əlaqə yaradıb birbaşa Türkiyə ilə bağlana bilər. O, Göyçə mahalını Ermənistanın başı üzərində dayanan "Damokl qılıncı"na bənzədirdi.

Bizim.Media xəbər verir ki, 1918-ci ilin oktyabrın 30-da imzalanan Mudros sazişinə əsasən, Osmanlı ordusunun Cənubi Qafqazı tərk etməsini fürsət bilən daşnaklar, Göyçənin Basarkeçər nahiyəsinə hücuma keçərək azərbaycanlılar yaşıyan Böyük Məzrə, Qızılvəng, Şahab, Subattaq, Zağalı kəndlərinin əhalisini qətlə yetiriblər.

1919-cu il fevralın 28-də Zod və ətraf kəndlərin əhalisindən zorla vergi almaq istəyən Siliko və Xaçaturovun daşnak dəstəsi müqavimətlə rastlaşıb və qəzəblənən göyçəlilər tərəfindən öldürülüblər.

Daşnakların niyyəti Zod aşırımını ələ keçirməklə həm burdakı qızıl yatağını tutmaq, həm də Qarabağda yaşayan ermənilərlə birləşmək idi.

Məşədi İsa və Ağalar bəy Kəsəmənli başçılığı ilə özünümüdafiə dəstələri təşkil edən göyçəlilər, qəbul etdikləri "icma hökmü" adlı sənəddə, özlərini Azərbaycan Cümhuriyyətinin təbəələri elan ediblər. 

“Qərbi Azərbaycan TV”nin məlumatına görə, 1918-1920-ci illərdə Göyçənin işğalına qarşı Səməd ağa Kəsəmənlinin, Cığal Həsənin, Topal Orucun, Məşədi Hümbətin dəstələri də igidliklə vuruşublar. Ermənilər 1919-cu ilin Novruz bayramı günlərində barışıq əldə etmək adı altında Zodlu Səməd ağa Kəsəmənlini Basarkeçər kəndinə dəvət ediblər. Görüşə gedən Səməd ağa Kəsəmənli, Aşıq Nəcəf və Tanrıverdi oğlu Ələkbər ermənilər tərəfindən vəhşicəsinə qətlə yetiriliblər.

Erməni tarixçisi Anahit Lalayan 1936-cı ildə “Revolyusionnıy Vostok” jurnalında daşnak zabiti Vahramın Basarkeçərdə törətdiyi vəhşilikləri onun dilindən belə təsvir edir:

"Mən Basarkeçərdə heç nəyi nəzərə almadan türk əhalisini qırdım, lakin bəzən gülləyə heyifim gəlirdi. Ən yaxşı üsul odur ki, döyüşdən sonra salamat qalanların hamısını su quyusuna doldurub üstündən ağır daşları tökəsən ki, onlardan əsər əlamət qalmasın. Mən elə də etdim”.

Sonda qeyd edək ki, bütün bunlar erməni vandalizmini təsdiqləyən tarixi faktlardandır. Ən əsası da odur ki, Göyçənin heç vaxt onlara aid olmadığının təsdiqidir. Beləliklə, ermənilərin Zəngəzur və Göyçəni Azərbaycana geri qaytarmaq istəmədiyinin səbəbləri də bəlli olmaqdadır.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO