Ağdamda uşaqlar arasında kəskin virus müşahidə olunur

Ağdamda uşaqlar arasında kəskin virus müşahidə olunur

Hazırda oxunan: Ağdamda uşaqlar arasında kəskin virus müşahidə olunur

55205

Republikanın başqa şəhər və rayonlarında olduğu kimi, Ağdam ərazisində də uşaqlar arasında naməlum virusun geniş yayılması müşahidə olunur. Rayon xəstəxanasının pediatrı Reyhan

Eyvazova Bizim.Media-nın Qarabağ bürosuna bildirib ki, azyaşlılar arasında virusun geniş yayılması müşahidə olunsa da, uşaqların həyatı üçün təhlükəli hal yoxdur. 

"Həkimə müraciət edən uşaqlar virusun əlamətlərini müxtəlif şəkillərdə keçirirlər. İndiyədək ağırlaşma halı müşahidə edilməyib. Biz, bu virusun əlamətini daşıyan bütün uşaqları dərhal analizə göndəririk. Hamımızı narahat edən COVİD-19 virusuna çox nadir hallarda rast gəlinir. Həmin an bu istiqamətdə lazımi tədbirlər görülür".
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda koronavirusun "Omikron" ştamı AŞKARLANDI - RƏSMİ


Həkimin sözlərinə görə, müxtəlif yaş qruplarından olan azyaşlılar arasında COVİD-19 virusuna yoluxanlar da kütləvi hal almayıb. İndiyədək, bu virusa yoluxma nəticəsində uşaqlar arasında tələfat yoxdur. 

Reyhan Eyvazova onu da qeyd edib ki, istər son günlər yayılmış virusla bağlı, istərsə də digər xəstəliklərlə əlaqədar paytaxt və digər böyük şəhərlərdəki xəstəxanalara müraciət edən azyaşlı xəstələrin sayında artım müşahidə olunmur.

Müəyyən xəstəliklərə görə respublika səviyyəli tibb müəssisələrində qeydiyyatda olan xəstə uşaqların müalicəsi isə planlı şəkildə aparılır. Bu isə çox vaxt İcbari Tibbi Sığorta proqramı çərçivəsində yerinə yetirildiyindən vətəndaşların müayinə və müalicəsində xeyli irəliləyiş müşahidə olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO