Əli Həsənovun bacanağından YENİ XƏBƏR VAR

Əli Həsənovun bacanağından YENİ XƏBƏR VAR

Hazırda oxunan: Əli Həsənovun bacanağından YENİ XƏBƏR VAR

55177

Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənovun bacanağı Ədalət Vəliyevin barəsində olan hökmdən apellyasiya şikayəti verilməyib.

Bizim.Media xəbər verir ki, Ə.Vəliyevlə bağlı apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinə daxil olmayıb.

Xatırladaq ki, daha əvvəl cinayət işi üzrə təqsirləndirilən - ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli və “Portos” MMC-nin rəhbəri Nadir Məmmədovun barəsində olan hökmdən apellyasiya şikayəti verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Vüqar Səfərli Əli Həsənov və oğlu ilə bağlı məhkəməyə şikayət etdi


Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Səfərli 10 il 6 ay və N.Məmmədov isə 6 il müddətinə azadlıqdan məhrum edilib, Ə.Vəliyevə isə şərti cəza verilib.

Hökmə əsasən, Ə.Vəliyevə məxsus Bakı şəhəri, Yasamal rayonu, 525 məhəllə, Mətbuat prospekti, 23 ev ünvanında yerləşən ümumi sahəsi 12 535,9 kv/m-dən ibarət olan, dəyəri 36 milyon manatlıq əmlakı və prokurorluğun depozit hesabına qoyulmuş 1 milyon manat pul vəsaiti müsadirə edilib.

Məlumata görə, bu əmlak Ə.Həsənovun oğlu Şamxal Həsənovun adına olub. İstintaq dövründə o, əmlakı iş üzrə təqsirləndirilən Ə.Vəliyevə bağışlayıb. Daha sonra əmlakın üzərinə həbs qoyulub. Məhkəmə isə əmlakın müsadirə edilməsi ilə bağlı hökm çıxarıb.

Artıq birinci instansiya məhkəməsinin çıxardığı hökmdən apellyasiya şikayətinin verilmə müddəti başa çatıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO