Şəhidin adına bulaq tikdirəcəyini deyib onları ALDATDI - VİDEO

Şəhidin adına bulaq tikdirəcəyini deyib onları ALDATDI - VİDEO

Hazırda oxunan: Şəhidin adına bulaq tikdirəcəyini deyib onları ALDATDI - VİDEO

55103

Gəncədə şəhid adından istifadə edərək dələduzluq edən şəxs saxlanılıb. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Vətən Müharibəsi şəhidinə ehsan bulağı tikdirmək adı ilə vətəndaşlara qarşı dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, şəhər sakini Anar Ağayev yaşadığı binanın sakinlərindən Vətən Müharibəsi şəhidinə ehsan bulağı tikdirəcəyini vəd edərək sakinlərin müxtəlif məbləğlərdə pulunu aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib.

Saxlanılaraq istintaqa təhvil verən Anar Ağayev törətdiyi cinayət hadisəsini etiraf edərək əldə etdiyi pulu şəxsi ehtiyacları üçün xərclədiyini bildirib. 

Hazırda həmin şəxs barəsində araşdırmalar davam etdirilir.

Məqsəd Rəhimov, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO