Ermənistanda Rövşən Lənkəranskiyə qarşı plan hazırlanır?

Ermənistanda Rövşən Lənkəranskiyə qarşı plan hazırlanır?

Hazırda oxunan: Ermənistanda Rövşən Lənkəranskiyə qarşı plan hazırlanır?

5509

Ermənistan paytaxtı İrəvanda çox sayda "qanuni oğru"nun iştirakı ilə "sxodka" keçirilir. "Oğru sammiti"ndə əsasən Rusiya və ABŞ-dan "oğru"lar iştirak edirlər. Son 7 gündə İrəvana bu ölkələrdən "oğru"lar gəlməkdə davam edir. Onları əsasən Proşyan küçəsində yerləşən obyektlərdə görüşürlər.

 

"Sxodka"nın təşəbbüskarı Armen Kazaryan olub. Pzo ləqəbli "qanuni oğru" yenicə ABŞ-dan qayıdıb.

 

"Sxodka" iştirakçıları barədə məlumat az olsa da, bəzi mənbələr oraya tanınmış erməni "oğru" Andranik Soqoyanın dəvət edildiyini bildirirlər. Ancaq "Zap" ləqəbi ilə tanınan və həbsdən yeni çıxan Soqoyan hansısa səbəbdən "sxodka"da iştirak etməyib.

 

Xatıradaq ki, ötən il İrəvanda keçirilən "sxodka"da azərbaycanlı "qanuni oğru" Rövşən Lənkəranski ilə bağlı qərar qəbul edilmiş, ancaq daha sonra klanlar arasında yaranan fikir ayrılığı səbəbindən qərar qüvvəyə minməmişdi.(milli.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO