Fövqəladə Hallar Nazirliyi işğaldan azad edilmiş ərazilərimizdə yerli strukturlarının formalaşdırılmasını davam etdirir.
Bizim.Media xəbər verir ki, Ağdam rayonu, Qızıl Kəngərli kəndində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğından Mühafizə bölməsi fəaliyyətə başlayıb.
Bölmə xidmətin yüksək səviyyədə həyata keçirilməsi üçün müvafiq texnika və avadanlıqlarla təchiz edilib.
Qeyd edək ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şuşa, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər şəhərlərində və Xocavənd rayonunun Hadrut qəsəbəsində də fəaliyyətə başlayıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:01 / 17.12.2020
FHN Ağdamda fəaliyyətə başladı
Hazırda oxunan: FHN Ağdamda fəaliyyətə başladı
Hazırda oxunan: FHN Ağdamda fəaliyyətə başladı
5504
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.