4 000-dən çox şagirdin oxuduğu məktəbdə dərs zamanı tavan uçdu - FOTO

4 000-dən çox şagirdin oxuduğu məktəbdə dərs zamanı tavan uçdu - FOTO

Hazırda oxunan: 4 000-dən çox şagirdin oxuduğu məktəbdə dərs zamanı tavan uçdu - FOTO

55013

Ucarın Təzə Şilyan kənd tam orta məktəbi qəzalı vəziyyətdədir.

Bizim.Media xəbər verir ki, bu barədə kənd sakinləri məlumat veriblər.

Sakinlər məktəbin qəzalı vəziyyətdə olduğu üçün övladlarını məktəbə göndərməyə qorxduqlarını bildiriblər: 

"Bir neçə gün bundan əvvəl dərs zamanı məktəbin arxa otaqlardan birinin tavanı çökmüşdü. İkinci mərtəbədən mişar daşları otağa tökülmüşdü. Çox şükür ki, həmin vaxt otaqda heç kim yox olmayıb. Buna görə də xəsarət alan da yox idi. Lakin səs-kuydən şagirdlər və müəllimlər bərk qorxmuşdular. Elə bilmişdilər ki, məktəb dağılır".

Sakinlər həmçinin qeyd ediblər ki, məktəb 2000-ci ildə Təhsil nazirliyinin sifarişi əsasında tikilib:

“Həmin vaxt tikinti tam bitməmiş məktəb istifadəyə verildi. Məktəbin ikimərtəbəli inzibati binası tikilsə də, digər köməkçi tikililər, idman və akt zalları yarımçıq qaldı. Buna görə də məktəbin əsas binası da getdikcə dağılmağa başladı”.

Məktəbin qəzalı vəziyyətdə olması ilə bağlı Ucar Rayon Təhsil şöbəsinin müdiri Rauf Məmmədov “Report”a açıqlamasında bildirib ki, məktəbdə dəfələrlə olub və oradakı acınacaqlı vəziyyət barədə məlumatı var.

O əlavə edib ki, məktəbin yarımçıq tikilərək istifadəyə verilməsi ilə bağlı aidiyyəti qurumları məlumatlandırıb.

R.Məmmədovun sözlərinə görə, məktəbin əsaslı təmir olunması yaxın vaxtlarda gözlənilmir.

Məlumat üçün bildirək ki, məktəb əhalisi 4 000-ə yaxın olan Təzə-Şilyan kəndinin yeganə orta məktəbidir. 20 sinif otağı olan məktəbdə 300-dən artıq şagirdin təlim-tərbiyyəsi ilə 25 nəfər müəllim məşğul olur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO