“Azəriqaz” abonentlərə XƏBƏRDARLIQ ETDİ: “Bu şəxslərə aldanmayın”

“Azəriqaz” abonentlərə XƏBƏRDARLIQ ETDİ: “Bu şəxslərə aldanmayın”

Hazırda oxunan: “Azəriqaz” abonentlərə XƏBƏRDARLIQ ETDİ: “Bu şəxslərə aldanmayın”

54997

Qaz sayğaclarının dəyişdirilməsi məsələsi çox zaman problemli şəkildə gündəmdə qalmağa davam edir.  

Bizim.Media-ya daxil olan şikayətdə bildirilir ki, “Azəriqaz” işçiləri abonentlərə sayğacların vəziyyətinin yoxlanılması bəhanəsi ilə evlərə daxil olur, sonra hər hansı səbəb taparaq, cihazın dəyişdirilməsinə təhrik edirlər.
 

MÖVZU İLƏ BAĞLI:

Sabahdan qarlı hava BAŞLAYIR – Dövlət qurumları HAZIRDIRMI? 


Etiraz etdikdə isə sayğacda nöqsan olduğunu və buna görə cərimə tətbiq ediləcəyini bildirilər.

Sayğacın dəyişdirilməsi məsələsinə razılıq aldıqda isə “siz heç yana getməyəcəksiz, müqavilə formasını və cihazı biz özümüz gətirib quraşdıracağıq, amma buna görə ödəniş etməlisiniz” deyirlər. 

Qapını açmayan abonentlərin ünvanında isə təhdidedici heç bir rəsmi forma daşımayan telefon nömrəsi də qeyd edilmiş bildiriş buraxırlar. Bildirişdə də qeyd edilir ki, təhlükəsizlik vəziyyətini yoxlamağa buraxmasanız, sizə mavi yanacaq verilişi dayandırılacaq. 

Redaksiyamıza daxil olan şikayətdə də bildirilir ki, bu yoxlamanı cəmi 6 ay qabağa aparmışdılar, onda da eyni təklifi vermişdilər. “İndi mən bilmək istəyirəm, bu yoxlamalar ildə neçə dəfə aparıla bilər və mən sayğacım normal çalışırsa, şikayətim yoxdursa, niyə dəyişməliyəm?” 

Şikayətlə bağlı “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyevə sualımızı ünvanladıq.

O, sayğacların dəyişdirilmə prosesinin qanuni əsasla olduğunu bildirib:

“Qaz sayğaclarının dəyişdirilmə müddəti var. Bu müddət 5 il müddətinə təyin oluub. 5 ildən bir həmin sayğacların dəyişdirilməsi məcburidir. Və bununla bağlı abonentlərə SMS vasitəsilə və ya əməkdaşlar tərəfindən bildiriş olunur. Eyni zamanda müddəti tam olmayan sayğaclar da zərurət olduğu hallarda dəyişdirilə bilər. Bu hallar əsasən abonentin müdaxiləsi və ya təbii fəlakət nəticəsində zərər görmüş, erroziyaya uğramış sayğaclara tətbiq olunur”.

Eldəniz Vəliyev sayğacların quraşdılması prosesinin tamamən ödənişsiz olduğunu vətəndaşların diqqətinə çatdırıb:

“Azəriqaz” İstehsalat Birliyi olaraq sizin vasitənizlə abonentlərə müraciət edirik ki, sayğaclar heç bir halda abonentin öz vəsaiti hesabına quraşdırılmır. Biz maye qaz ödənişindən başqa heç bir xidməti pullu etmirik. Sayğacların da dəyişdirilməsi prosesi bu qəbildəndir. Bizim adımızdan pul tələb edən belə şəxslərə aldanmayın”.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO