Sabahdan qarlı hava BAŞLAYIR – Dövlət qurumları HAZIRDIRMI? 

Sabahdan qarlı hava BAŞLAYIR – Dövlət qurumları HAZIRDIRMI? 

Hazırda oxunan: Sabahdan qarlı hava BAŞLAYIR – Dövlət qurumları HAZIRDIRMI? 

54989

Xəbər verildiyi kimi sabah axşamdan etibarən hava şəraitinin kəskin dəyişəcəyi, temperaturun enəcəyi və Bakıda qar yağacağı ilə bağlı xəbərdarlıq olundu. 

Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva havaların kəskin soyuması ilə bağlı xəbərdarlığında paytaxtda güclü küləyin, hətta yanvarın 16-dək davam edən atmosfer təzyiqinin təzadlı qalxıb enəcəyini açıqlayıb. 

Qarlı-şaxtalı günlərdə paytaxt sakinlərini daha çox narahat edən məsələ nəqliyyat sisteminin hərəkətində yaranan problemlər olur. Yolların buz bağlaması, qarın təmizlənmə prosesində yaşanan ləngimələr bu problemlərə aiddir. 

Problemin yaşanmaması üçün paytaxt strukturları və təsərrüfatı tam səfərbər olunubmu?
 

MÖVZU İLƏ BAĞLI:

Bakıya bu tarixdə qar yağacaq


Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli Bizim.Media-ya açıqlamasında 1000-dən artıq maşın mexanizm və texnikanın tam hazır vəziyyətə gətirildiyini bildirib:

“Bakı və respublika yollarında xidmət göstərilməsi üçün kifayət qədər duz, qum ehtiyatı var. Agentlik olaraq qarşı, şaxtalı havaya yüz faiz hazırıq. Əlimizdən gələni edəcəyik ki, yollarda hərəkətin rahat və təhlükəsiz intensivliyi pozulmasın. Amma bu, o demək deyil ki, yollarda problem olmayacaq. Qarın yağması və yolların buzlaşması nəticəsində problem olması qaçılmazdır. Sürücülər də bizə kömək etməlidirlər və onlar özləri də idarə etdikləri nəqiyyat vasitələrini mütləq qış fəslinə uyğun tənzimləməlidirlər”.

“Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyev qurumun istənilən forsmajor hallara hazır olduğunu qeyd edib:

“Havaların kəskin dəyişəcəyi ilə bağlı biz də məlumat almışıq. Hər zaman olduğu kimi mobil qruplarımız günün istənilən saatlarında olunan müraciətlərə dərhal reaksiya verəcəklər. Əgər hansısa qəza halları baş verərsə, nəticələrin dərhal aradan qaldırılması istiqamətində addımlar atılacaq”.

"Azərişıq" ASC-nin mətbuat katibi Vaqif Aydınoğlunun sözlərinə görə qurum gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir: 

“Hava şəritinin kəskin dəyişiləcəyi barədə verilən məlumatı nəzərə alaraq  istehlakçıların fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunması, habelə baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının alınması məqsədilə “Azərişıq” ASC-də qabaqlayıcı və zəruri tədbirlər görülüb.

Elektrik şəbəkələrinin normal iş rejiminin təmin olunması məqsədilə RETSİ-lər üzrə təşkil edilmiş növbətçilik üzərində nəzarət gücləndirilib, zəruri olan mal-materialların ehtiyatı yaradılıb.

Hazırda ölkə boyu istehlakçılar fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunurlar. Fərdi qaydada belə hər hansı problemləri yaranarsa, istehlakçılardan 199 “Çağrı mərkəzi”nə zəng etmələri xahiş olunur”, deyə qurum rəsmisi əlavə edib.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO