Prokurorluqdan Tofiq Yaqublu ilə bağlı QƏRAR

Prokurorluqdan Tofiq Yaqublu ilə bağlı QƏRAR

Hazırda oxunan: Prokurorluqdan Tofiq Yaqublu ilə bağlı QƏRAR

54985

Milli Şuranın üzvü Tofiq Yaqublunun 1 dekabr mitinqində döyülməsi, bədəninə müxtəlif dərəcəli xəsarətlərin yetirilməsi iddiası üzrə prokurorluqda aparılan araşdırma başa çatıb.

Bizim.Media xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Rüfət Səfərov məlumat yayıb.

Onun sözlərinə görə, araşdırma nəticəsində cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilib.

Qeyd edək ki, T.Yaqublu ötən il dekabrın 1-də Saleh Rüstəmlinin həbsinə etiraz olaraq Fəvvarələr Meydanında keçirilən mitinq zamanı saxlanılıb. Daha sonra onun üz nahiyəsində xəsarət izləri olan görüntüləri yayılıb.

T.Yaqublu polislər və mülki geyimli şəxslər tərəfindən şəhər kənarına aparılaraq döyüldüyünü iddia etsə də, Daxili İşlər Nazirliyi onun döyülməsinin polislə heç bir bağlılığı olmadığını açıqlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO