Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən CV hazırlamaqda çətinlik çəkən vətəndaşlara dəstək üçün yaradılan CV yarat platformasına 3503 nəfər müraciət edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, ümumilikdə isə, istifadəyə verildiyi 2 ay ərzində platformada 5206 vətəndaş qeydiyyatdan keçib.
MÖVZU İLƏ BAĞLI:
Bu nazirlik daha 50-dən çox e-xidməti istifadəyə verəcək - FOTO
Qeyd edək ki, İstifadəçilər www.cvyarat.az portalında qeydiyyatdan keçərək, anket formasında şəxsi məlumatlarını qeyd edərək CV-ni PDF formatında əldə edə bilirlər.
Bizim.Media