Müharibədən sonra ailə quran qazinin qızı dünyaya gəldi - FOTO

Müharibədən sonra ailə quran qazinin qızı dünyaya gəldi - FOTO

Hazırda oxunan: Müharibədən sonra ailə quran qazinin qızı dünyaya gəldi - FOTO

54725

Vətən Müharibəsindən sonra ailə həyatı quran xaçmazlı qazi Vüsal Məmmədovun Quba Regional Perinatal Mərkəzdə ilk övladı doğulub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Ayla adı verilən körpə bu gün xəstəxanadan V.Məmmədovun döyüş yoldaşlarının iştirakı ilə evə buraxılıb.

Qazinin xoş günündə də onu tək qoymayan döyüşçülər xüsusi bəzədilmiş avtomobillərlə ailəni Xaçmazın Sibiroba kəndinə qədər müşayiət ediblər.

Qeyd edək ki,Vüsal Məmmədov Aprel döyüşlərində və Vətən müharibəsində fəal iştirak edib. Vətən müharibəsində Füzuli, Cəbrayıl və Xocavənddə gedən ağır döyüşlərə qatılan V.Məmmədov Xocavənddə ağır yaralanıb.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO