TƏBİB-dən

TƏBİB-dən "Omikron"la bağlı ƏHALİYƏ MÜRACİƏT - Bu qaydalara əməl edin və...

Hazırda oxunan: TƏBİB-dən "Omikron"la bağlı ƏHALİYƏ MÜRACİƏT - Bu qaydalara əməl edin və...

54718

"Koronavirusun istənilən ştamından qorunmaq üçün peyvəndlərdən istifadə edilməlidir".

Bizim.Media xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva deyik.

O bildirib ki,peyvəndlər aktuallığını, bütün ştamlara qarşı effektivliyini qoruyub saxlayır.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda koronavirusun "Omikron" ştamı AŞKARLANDI - RƏSMİ


Vətəndaşlar özlərini və yaxınlarını qorumaq üçün peyvəndləmə prosesində aktiv iştirak etməlidirlər. Hətta iki doza peyvənd alanlar da 5 ay keçdikdən sonra "buster" doza vurdurmalıdırlar.

"Nəzərə almaq lazımdır ki, vaksinasiyadan bir müddət sonra immunitet zəifləməyə başlayır. Bu, həm xəstələnmə, həm də vaksinasiya nəticəsində yaranmış immunitetə aiddir. Yəni, hər kəs "buster" doza ilə mütləq peyvəndlənərək, xəstəliyə qarşı güclü immunitetin yaranmasına nail olmalıdır.

Təbii ki, şəxsi gigiyena qaydalarına əməl etmək, kütləvi toplaşmalardan uzaq durmaq, yaxın kontaktlardan çəkinmək də vacibdir.

Vətəndaşlar, həmçinin xəstəlik əlamətləri hiss etdikdə evdən çıxmamalı, digər şəxslərlə, yaxın ətrafla təmasda olmamalıdılar. COVID-19 simptomu hiss edən vətəndaşlar test cavabı çıxana qədər özlərini izolyasiya etməlidirlər.

Hesab edirəm ki, həmin qaydalara riayət etsək, xüsusilə də vaksinasiyada aktivləşsək, "Omikron" ştamından da qısa müddətdə xilas ola bilərik”, - deyə N.Mustafayeva əlavə edib.

Xatırladaq ki, Azərbaycanda ölkə xaricindən gələn şəxslərdən götürülmüş nümunələrin 12-də yanvarın 10-da “Omikron” ştammı aşkarlanıb. (AZƏRTAC)

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO