Həbsdən çıxan ər arvadını vəhşicəsinə döydü - Başında 7 tikiş, üzündə yara izi… - FOTO

Həbsdən çıxan ər arvadını vəhşicəsinə döydü - Başında 7 tikiş, üzündə yara izi… - FOTO

Hazırda oxunan: Həbsdən çıxan ər arvadını vəhşicəsinə döydü - Başında 7 tikiş, üzündə yara izi… - FOTO

54688

Azərbaycanda daha bir qadın əri tərəfindən şiddətə məruz qalıb.

Bizim.Media xəbər verir ki, bu barədə "Təmiz Dünya" qadın və uşaq sığınacağından məlumat verilib. 

Qeyd olunub ki, 15 yaşında evləndirilən və iki övladı olan xanımın həyat yoldaşı oğurluq, cinayətlərə görə həbs olunub və 13 il cəza alıb:

"Həmin şəxs həbsdən çıxdıqdan sonra anası ilə birlikdə qadının bütün əşyalarını, qızıllarını əlindən alaraq evdən qovublar. Sözügedən şəxs ardınca "barışmaq” adı ilə qızın ata evinə gələrək orada dəfələrlə döyüb. Qadın polisə müraciət etdikdən sonra kənd axundları, mollalar, qohumlar "barış və ərizəni götür”, deyə təyziq ediblər. Qadın məcbur olub ərizəni götürdükdən sonra, acımasız şəkildə yenidən döyülüb. Qadının hazırda başında 7 tikiş, qolunda, üzündə yara izləri qalıb”.

Qurum bildirib ki, ölkədə bu cür məsələlər artıq ciddi narahatlıq yaradır:

"Biz sığınacaq olaraq dəfələrlə qurumlara müraciət etsək də, ciddi tədbir görülmür. Bu qadın məcbur bir müddət sonra sığınacaqdan çıxmalıdır. Onun başına hər hansı hadisə gəlsə, "Ər yoldaşını öldürdü” xəbər başlıqlarına 2 saniyə baxıb keçməklə kifayətlənəcəyik. Biz indidən SOS siqnalı veririk ki, kifayət qədər sığınacaqda qalan qadınların təhlükəsi hələ də davam edir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO