Yazıçılardan heç kim Elza Seyidcahanın Birliyə üzv olmaq məsələsinə “yox” deyə bilmədi - SƏBƏB 

Yazıçılardan heç kim Elza Seyidcahanın Birliyə üzv olmaq məsələsinə “yox” deyə bilmədi - SƏBƏB 

Hazırda oxunan: Yazıçılardan heç kim Elza Seyidcahanın Birliyə üzv olmaq məsələsinə “yox” deyə bilmədi - SƏBƏB 

54667

Əməkdar artist Elza Seyidcahan yenə verdiyi açıqlama ilə gündəmə gəlib.

Belə ki, o müsahibələrinin birində pandemiyadan öncə mərhum Xalq şairimiz Fikrət Qocanın onu Azərbaycan Yazıçılar Birliyinə üzv edəcəyini bildirib.

İndi isə müğənni bu dəfə AYB-nin sədri, Xalq yazıçısı Anara müraciət edib.

O, hətta illik 15 manat olan üzvlük haqqının əvəzinə, 150 manat ödəməyə hazır olduğunu, yetər ki, birliyə üzv seçilməsini istəyib.
 

MÖVZU İLƏ BAĞLI:

Anardan Elza Seyidcahana CAVAB - “Bizə artıq pul lazım deyil”  


Bizim.Media olaraq AYB-də üzv olan tanınmış yazıçılarımızdan mövzu ilə bağlı fikir almağa çalışdıq. Tanınmış yazıçı Qəşəm Nəcəfzadə Elza Seyidcahanın istəyini isti qarşılayıb:

“Elza xanımı tanıyıram, hörmətim var. AYB-ə seçilib, seçilməyəcəyi barədə komissiya özü seçim aparacaq. Elza xanım orjinal bir müğənnidir, amma 150 manat verməklə birliyə üzv olmaq şansını qazana bilməz. Çünki qayda-qanunlarımız var. Həmçinin Anar müəllim özü onun bu istəyi barədə fikirlərini bildirmişdi”.

Tanınmış yazıçı-dramatruq Elçin Hüseynbəyli isə komissiyanın verəcəyi qərarı əsas tutaraq məsələyə neytral yanaşıb:
 

“Elza Seyidcahanın şeirləri birmənalı qarşılanmır, bunu hamımız bilirik. O, özünü Azərbaycanın Bob Dilanı zənn edir. Adını çəkdiyim şəxs həm müğənni, həm də Nobel mükafat laureatı idi. O da əndirəbadi şeirlər yazırdı.


Elzanın Azərbaycan Yazıçılar birliyinə üzv olmağa haqqı var. Amma onun yaradıcılığını dəyərləndirmək bizim qəbul komissiyasının işidi. Birdən görürsən birliyə elə adamlar üzv kimi qəbul edirlər ki, şəxsi keyfiyyətləri yaradıcılığından qat-qat aşağı olur. O ki qaldı Elza Seyidcahanın aylıq üzvlük üçün 150 manat vermə məsələsinə, mən bunu qeyri-etik hesab edirəm. Bizə kiminsə artıq pulu lazım deyil. Xeyriyyəçilik etmək istəyirsə, o zaman hər hansı bir cavan yazıçıya, şairə kitabının çapına, təqdimatına kömək etsin”.

Prezident təqaüdçüsü, şair Qulu Ağsəs isə Elzanın şeirlərini yox, sadəcə mahnılarına, bəstələrinə bələd olduğunu bildirib:

“Yazıçılar birliyinin komissiyası var ki, ora müəyyən sənədlər həmçinin çap olunmuş əsərlər, kitablar tələb olunur. Ən mühüm məsələ isə 3 nüfuzlu şəxs onun yaradıcılığına zəmanət verməlidir. Elza xanım gözəl bəstəkar, müğənni və kreativ bir adamdır. Onun şeirlərini elə mətbuat şişirtdi. Oxucusu olmadığım üçün heç bir fikir söyləməyəcəm onun şeirlərinə”.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO