“Google” bu məlumatların yayılmasını QADAĞAN ETDİ

“Google” bu məlumatların yayılmasını QADAĞAN ETDİ

Hazırda oxunan: “Google” bu məlumatların yayılmasını QADAĞAN ETDİ

54657

Yeni ilin ilk 10 günü ekoloji baxımdan önəmli bir sıra mühüm qərarlarla əlamətdar olub.

Bizim.Media xəbər verir ki, bunlara Gediz ovalığında ovun qadağan edilməsi, “Ecosia” tərəfindən iqlim böhranının qarşısının alınması üçün fondun yaradılması, “Google”da iqlim böhranı ilə bağlı yalan məlumatların yayılmasının qarşısının alınması üçün verilən qərar və digər məsələlər daxildir.

YUNESKO-nun Ümumdünya Təbii İrs siyahısına düşməyə namizəd olan Gediz ovalığında ovçuluğun qarşısını almaq üçün başladılan kampaniya uğurlu alınıb, nəticədə yüzlərlə canlının həyatı xilas olub.

Türkiyədə yerləşən Gediz ovalığı eyniadlı çayın İzmir körfəzinin qərbindən Ege dənizinə tökülən hissəsində yerləşir. Bu ərazi flaminqo başda olmaqla bir sıra nadir quş növlərinin məskəni kimi tanınır.

LEGO tərəfindən COP26 qlobal iqlim sammiti üçün iqlim böhranı ilə mübarizəyə dair uşaq kitabçası hazırlanıb. Yeri gəlmişkən, LEGO 1949-cu ildə Danimarkada fəaliyyətə başlayan oyuncaq firmasıdır.



BBC-nin 31 ölkədə 30 min insanın iştirakı ilə keçirdiyi sorğunun nəticəsinə görə, hökumətlərin iqlim dəyişikliyinə qarşı ciddi tədbirlər görməsinə və qarşıya iddialı hədəflər qoymasına ictimai dəstək artıb.
Nəsli kəsilməkdə olan iki nadir balina növünün sayında perspektiv artım müşahidə edilib.

Berlində yerləşən yaşıl axtarış sistemi “Ecosia” tərəfindən iqlim böhranının qarşısını almaq üçün qlobal təşəbbüsləri dəstəkləmək məqsədi ilə Dünya Fondu yaradılıb.

“Google” iqlim böhranı ilə bağlı özündə yalan məlumatlar ehtiva edən bütün reklamları qadağan edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO