Ölkəmizdə sosial şəbəkələrdə yayılan dini cərayanlar və sektalarla bağlı reklamlar heç bir rəsmi qurum tərəfindən tənzimlənmir.
Çünki Facebook sosial şəbəkəsi ancaq qeydiyyatdan keçdikləri ölkənin qanunlarına tabe ola bilər.
Azərbaycanda isə facebook kimi, bir çox sosial şəbəkələr də qeydiyyatda deyillər və ona görə də dövlətin müdaxiləsi mümkünsüzdür.
Bizim.Media ötən yazımızda sosial şəbəkələrdə müxtəlif qruplar adı altnda sekta qurub, azərbaycanlıları xristianlıq dininə dəvət etməsi problemini diqqətə çatdırmışdıq.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanlıları Xristinalığa dəvət edən SEKTA – Facebookda YENİ DƏLƏDUZLUQ
Araşdırmalarımız zamanı ilahiyyatçılar bildiriblər ki, belə təbliğatlar Dini Qurumlar İş Üzrə Dövlət Komitəsi tərəfindən tənzimlənməli və nəzarət edilməlidir.
Məsələ ilə bağlı dövlət ququmuna yolladığımız sorğuya verilən cavabda isə qeyd olunur ki, ölkədə hər bir vətəndaşın vicdan azadlığı və dini ayinləri sərbəst yerinə yetirməsi ilə bağlı müddəalar Konstitusiyada təsbit olunub.
Eyni zamanda, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının qanununa görə hər kəsin hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ var.
“Qanuna görə dini etiqad azadlığı yalnız ictimai təhlükəsizlik mənafeləri üçün, ictimai qaydanın təmin edilməsi, sağlamlığın və ya mənəviyyatın və ya digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər. Qeyd edək ki, Azərbaycan müxtəlif din nümayəndələrinin dostluq və qardaşlıq şəraitində yaşadığı ölkə olduğu üçün ölkəmizdə mövcud olan tolerantlıq bir keyfiyyət olmaqla yanaşı, həm də həyat tərzidir”.
Qurumdan bildirilib ki, bütün bunlara baxmayaraq burada da istisnalar mövcuddur.
“Əlbəttə ki, din pərdəsi altında radikal və ekstremist çağırışlara yol vermədən hər bir rəsmi qeydiyyatdan keçmiş dini icma öz dəyərlərini təbliğ edə bilər. Dövlət Komitəsi olaraq Respublikamızda dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi, dini radikalizm və ekstremizmə qarşı səmərəli mübarizənin aparılması məqsədilə müxtəlif formatlarda silsilə tədbirlər həyata keçirilir”.
Vüsalə Balayeva, Bizim.Media