Bakıda müəllimin şagirdlər tərəfindən döyülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Bakıda müəllimin şagirdlər tərəfindən döyülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Bakıda müəllimin şagirdlər tərəfindən döyülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

54606

Paytaxtın 17 saylı orta məktəbində gənc qadın müəllimin şagirdləri tərəfindən döyülməsi ilə bağlı məlumatlar yayılıb.

Sosial şəbəklərdə yayılan məlumata görə, döyülən müəllim həmin məktəbdə ingilis dili fənnini tədris edir. Qeyd olunan hal ictimaiyyətdə ciddi rezonans doğurub.

Məsələ ilə bağlı Bakı şəhəri Təhsil İdarəsinin mətbuat katibi Bəşarət Məmmədov Bizim.Media-ya açıqlamasında yayılan məlumatların əsassız olduğunu bildirib:
 

MÖVZU İLƏ BAĞLI:

Psixoloqdan təəccüblü AÇIQLAMA: “Uşaqlar var ki, onlara yaxşı şillə vurulmalıdır”


“Bakı şəhəri 17 nömrəli tam orta məktəbdən verilmiş məlumatda qeyd olunur ki, məktəbdə müəllimin şagirdlər tərəfindən döyülməsi ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumatlar əsassızdır. Ümumiyyətlə 17 nömrəli tam orta məktəbdə 21 yaşlı ingilis dili müəllimi fəaliyyət göstərmir”.

Qurum rəsmisi əlavə edib ki, məktəb və müəllim haqqında əsassız məlumatların yayılması təhsilə xüsusi önəm verən Azərbaycan cəmiyyətinin prinsiplərinə uyğun olmayan hallardandır.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO