Xaçmazda oğlan həmkəndlisini güllələdi - DETALLAR

Xaçmazda oğlan həmkəndlisini güllələdi - DETALLAR

Hazırda oxunan: Xaçmazda oğlan həmkəndlisini güllələdi - DETALLAR

54600

Yanvarın 8-i saat 21 radələrində Xaçmaz rayonu Köhnə Xaçmaz kənd sakini 1986-cı il təvəllüdlü Cavid Mahmudova odlu silahdan açılan atəşlə xəsarət yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Xaçmaz rayon Prokurorluğundan Bizim.Media-ya verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin qohumu 1982-ci il təvəllüdlü Nail Mahmudovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngindən atəş açaraq Cavid Mahmudovu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Nail Mahmudov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO