Ağdaşda narkoman taksi sürücüləri saxlanıldı - FOTO

Ağdaşda narkoman taksi sürücüləri saxlanıldı - FOTO

Hazırda oxunan: Ağdaşda narkoman taksi sürücüləri saxlanıldı - FOTO

54513

Ağdaş Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər zamanı narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücülər müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, rayon sakini Elşən Kərimov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olan zaman nəzarət-yoxlama qaydasında saxlanılıb.

Sürücünün narkotik vasitənin təsiri altında olmasına dair şübhələr olduğundan bölməyə gətirilib və təyin olunan ekspertiza zamanı E.Kərimovun marixuana qəbul etdiyi sübuta yetirilib.

Keçirilən digər bir tədbir zamanı isə taksi fəaliyyəti ilə məşğul olan “VAZ-2107” markalı avtomobilin sürücüsü Nurlan Səmədov saxlanılıb.

Müayinə zamanı onun marixuana qəbul etdiyi məlum olub.

Hər iki şəxs barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO