Hacıqabulda

Hacıqabulda "patı" və heroin satanlar tutuldu - FOTO

Hazırda oxunan: Hacıqabulda "patı" və heroin satanlar tutuldu - FOTO

54341

Hacıqabulda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyindən (DİN) Bizim.Media-ya verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdiyi tədbirlərlə rayon sakini Həsən Məmmədov saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı narkotik maddə olan heroin aşkar edilib.

Dindirilmə zamanı H.Məmmədov narkotik maddəni tanışı Ramil adlı şəxsdən aldığını bildirib.Əməliyyat tədbirlərinin davamı olaraq Şirvan şəhər sakini Ramil İbrahimov da saxlanılaraq istintaqa təqdim edilib.

Saxlanılan zaman isə onun üzərindən təmiz çəkisi 1 kiloqram 270 qram “patı” və “şüşə” adlanan psixotrop maddə metamfetamin, 1 kiloqram 242 qram heroin və bir ədəd elektron tərəzi aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Hacıqabul rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO