ABŞ-ın Azərbaycandakı səfirliyi kimə mesaj göndərdi? - FOTO 

ABŞ-ın Azərbaycandakı səfirliyi kimə mesaj göndərdi? - FOTO 

Hazırda oxunan: ABŞ-ın Azərbaycandakı səfirliyi kimə mesaj göndərdi? - FOTO 

54335

ABŞ-ın Azərbaycandakı səfirliyinin sosial şəbəkə hesabında maraq doğuran paylaşım edilib.

Bizim.Media xəbər verir ki, səfirlik ABŞ Dövlət Katibi Entoni Blinkendən sitat gətirib.

“NATO Ukraynanı işğal etməyib; NATO Gürcüstanı işğal etməyib; NATO Moldova xalqının iradəsinə zidd olaraq Moldovada hərbi qüvvələr yerləşdirməyib”, - deyə paylaşımda bildirilib. 

Qeyd edək ki, bu fikirləri A,Blinken ötən gün Almaniyanın xarici işlər naziri Annalena Baerbokla birgə keçirdiyi brifinqdə Rusiya ilə bağlı suala cavab verərkən bildirmişdi.

O, NATO-nun yox, Rusiyanın regionda qeyri-sabitlik mənbəyi olduğunu demişdi:

“Bəli, Rusiya öz ictimai bəyanatlarında və irəli sürdüyü sənədlərdə Avropanın təhlükəsizliyi ilə bağlı məsələləri qaldırıb. Amma gəlin bunu çox açıq deyək: “NATO Ukraynanı işğal etməyib; NATO Gürcüstanı işğal etməyib; NATO Moldova xalqının iradəsinə zidd olaraq Moldovada hərbi qüvvələr yerləşdirməyib”.

Bizim.Media



 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO