Adı divara vurulan TƏLƏBƏLƏR - Ali məktəblər qanunu niyə pozur?

Adı divara vurulan TƏLƏBƏLƏR - Ali məktəblər qanunu niyə pozur?

Hazırda oxunan: Adı divara vurulan TƏLƏBƏLƏR - Ali məktəblər qanunu niyə pozur?

54303

Ötən gün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil haqqından qalıq borcunu ödəyə bilməyən tələbələrin adları yazılaraq nümayişcəsinə təhsil ocağının divarına vurulması haqda yayılan görüntülər ölkə gündəmini silkələyib. Düzdür, daha sonra Universitet yayılan görüntünün həqiqəti əks etdirməməsi barədə təkzib versə də, bu hazırda da var olan problem ətrafında müzakirələrə səbəb olub. Məlumata görə, hazırda bir çox universitetlərdə I kurs tələbələrindən illik təhsil haqqını tam ödənilməsi tələb olunur.

Hətta iddialar görə dekabr ayının sonuna qədər ödənilməyən təhsil haqqına görə tələbələr qış smesterinə buraxılmır. Bu isə, tələbələrə həm maddi, həm də mənəvi cəhətdən ağır gəlir.

Məsələ ilə bağlı isə bir çox suallar ortaya çıxır. Həqiqətənmi belə bir qanun var və ali məktəbin buna nə qədər hüququ çatır?

İlk olaraq yaranan problemlə bağlı suallarımıza təhsil eksperti Elçin Əfəndi ilə cavab axtardıq.
 

MÖVZU İLƏ BAĞLI:

Bu universitetdə təhsil haqqı borcu olan tələbələrin adları divara vuruldu - FOTO


Mütəxəssis Bizim.Media-ya açıqlması zamanı bildirib ki, bu cür halların baş verməsi həqiqətdir və bu çox təəssüfləndirici haldır.

“Qeyd edim ki, I kurs tələbələri illik təhsil haqqını tam, sonrakı kuslarda isə hissə-hissə ödəyə bilərlər. Tələbələrin qəbulu zamanı onlarla bağlanan müqavilədə də bunlar qeyd olunur. Amma nəzərə alsaq ki, pandemiya dövründə güzəşt etmək olar, bu zaman ali və orta ixtisas təhsil müəssisələri güzəştə getməlidir. Hətta təkcə pandemiya dövrü deyil, hər zaman bu qayda tətbiq olunmalıdır. Ona görə ki, tələbə təhsil haqqının müəyyən hissəsini ödədiyi halda onun imtahana buraxılmaması kimi bir qaydanın universitetlər tərəfindən tətbiqi yanlışdır. Çünki bu tələbəyə əlavə maliyyə itkisi ilə başa gəlir. Kəsrlərə görə kredit yaranır və tələbə həmin kreditləri ödəmək üçün ödəniş etməli, yenidən dərslərdə iştirak edərək imtahan verməlidir”.

Ekspert həmçinin qeyd edib ki, bu həm də tələbə üçün zaman itkisidir. Onun sözlərinə görə, əslində isə tələbənin kəsri bu hala görə deyil, tədris olunan fənnə görə yarana bilər. 

“Yəni o həmin fənni mənimsəyə bilmir, nəticədə imtahandan keçmir ki, bu da kəsr hesab olunur. Universitetlər bu qaydanı tətbiq edərkən tələbədən əlavə maddi qazanc əldə edirlər. Bir daha deyirəm ki, bu yolverilməzdi”.

Qanunvericiliyə görə isə...

“Qanunvericiliyə əsasən, tələbə bir tədris il ərzində tam təhsil haqqını ödəməlidir. Ona tədris ili başa çatanadək imkan yaradılmalıdır ki, təhsil haqqını ödəsin. İmtahana buraxmamaq isə bir növ tələbənin təhdid olunmasıdır. Ölkədə 146 mindən çox tələbə ödənişli təhsil alır. Onlardan 22 mininin ödənişi dövlət bücəsi hesabına ödənilir (imtiyazlı şəxslər), qalanları isə əlbəttə öz hesablarına ödənilir. Hər bir tələbənin də maddi durumu eyni deyil. Nəzərə alınmalıdır. Dövlət bunu nəzərə alaraq tələbə təhsil krediti yaratdı. Universitetlər də bu amili nəzərə almalıdır”.

Tələbələr qış sessiyasına buraxılır...

Millət vəkili və parlamentin elm və təhsil komitəsinin üzvü Anar İsgəndərov isə 
“Hazırda mən Bakı Dövlət Universitetindəyəm, burada imtahanlar davam edir, deyə bilərəm ki, burada elə bir problem yoxdur. Tələbələr bir nəfər kimi imtahanlarda iştirak edirlər. Həmçinin burada şəhir və qazi ailılərinə xüsusi güzəştlər olur, onlara imtiyazlar verilir. Ehtiyacı olanlanlara güzəştlər tərtib edilir, onlara ödəniş edilməsi üçün zaman verilir. Ümumi başqa universitetlər haqqında deyə bilmərəm, ancaq BDU-da bu tətbiq edilmir”.

Deputat həmçinin qeyd edib ki, məsələyə digər aspektən də baxmaq lazımdır. Onun sözlərinə görə, müəllimin aldığı məvacib tələbənin ödənişindən asılıdır. 

“Özəl ali məktəblərlə dövlət təhsil ocaqlarının arasında fərq var. Çünki işin məntiqi tərəfidə var. Məsələn 5-10 nəfər tələbəni başa düşmək olar. Ancaq düşününü ki, tələbələrin 50 % təhsil haqqını ödəmir, bəs burada çalışan müəllim evinə çörək pulu nə aparacaq? Məsələyə bu aspektəndə baxmaq lazımdır. Bu kütləvi hal alsa, müəllimlər məvacibsiz qalacaq. Çünki dövlət o məktəblərə pul ayırmır, müəllimin aylıq məvacibi də həmin o tələbənin ödəyəcəyi puldan asılıdır. Unutmaq lazım deyil ki, hər bir ali məktəbin öz büdcəsi var və o da tələbənin ödənişindən asılıdır”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO