DİQQƏT: İnternet oyunlarına aludəçilik XƏSTƏLİK elan olundu

DİQQƏT: İnternet oyunlarına aludəçilik XƏSTƏLİK elan olundu

Hazırda oxunan: DİQQƏT: İnternet oyunlarına aludəçilik XƏSTƏLİK elan olundu

54296

Yaşadığımız dövrün “texnologiya əsri” adlandırılması heç də təsadüfi deyil. Texologiyanın inkişafı nəticəsində işimizi asanlaşdıran smartfonlar, kompüterlər və digər texnoloji cihazlar günümüzdə xilaskar rolunu oynayır desək, yanılmarıq. Bu texnologiyalar həyatımızın bir çox sahələrində xoş yeniliklərlə yanaşı, həm də bir çox çətinliklər də yaratdı.

Belə ki, kompüter oyunları insanların reallıqdan uzaqlaşıb virtual aləmə meyl etməsinə, günün böyük bir hissəsini kompüter qarşısında keçirməsinə səbəb olur. 

Psixoloq Fərqanə Mehmanqızı Bizim.Media-ya açıqlamasında kompüter oyunlarından istifadənin hansı hallarda xəstəliyə çevrildiyindən danışıb:

“Kompüter oyunlarından aşırı istifadə uşaqlarda asosiallığa gətirib çıxarır. Nəticədə uşaq özünü təqdim etmə, düzgün şəkildə ünsiyyət qurma bacarıqlarını itirə bilir. Bu tip uşaqlar özünü tətmin etməyə hər zaman ehtiyac duyur. Belə ki, oyunlarda qalib gəldiyi zaman çox sevinir, lakin uduzduğu zaman isə psixoloji travmalar alırlar. Bundan sonra ətrafa qarşı qıcıqlanma, kin-nifrət hissi duyma kimi hallar yaşaya bilirlər. Ən əsası isə yararsız olduqlarını düşünərək, özlərinə inamı da itirirlər. Bu tip uşaqlar hətta intihara belə meyilli olurlar”.

Psixoloq bu mövzuda valideynlərin övladları ilə birlikdə daha çox vaxt keçirmələrinin vacibliyindən danışıb:
 

“İlk olaraq, telefonu aqressiv davranmadan uşaqların əlindən almaq lazımdır. Məsələn “Gəl, kinoya gedək” deyərək fikrini yayındırıb havaya çıxara bilərlər. Yürüyüş edib, maraqlı söhbətlərlə uşağın özgüvənini yerinə gətirə bilərlər.


Hal-əhvalını, məktəbdə nələr etdiyini soruşaraq, sakit şəkildə telefonun zərərlərindən də bəhs edə bilərlər. Yoxsa “Get dərs oxu, yoxsa telefonu əlindən alacağam” kimi təhdidli cümlələr işlədərək, uşaqlarda daha böyük aqressiyanın yaranmasına hətta məktəbə, dərsə qarşı istəksizliyə səbəb ola bilərlər. Bu tip problem hazırda məktəblərdə müəllim-şagird münasibətlərinə də mənfi təsir göstərir”.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) kompüter oyunlarından asılılığı rəsmən xəstəlik kimi tanıyıb.

Bu xəstəlik “Xəstəliklərin 11-ci Beynəlxalq Təsnifatına “oyun pozuntusu” xəstəliyi kimi daxil edilib. İlkin sənədlərdə yeni xəstəlik, “digər həyati maraqlar üzərində” üstünlüyə malik olmaqla, daim və ya vaxtaşırı oyun oynamaq davranışı kimi izah olunur.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO