Baş Prokurorluq sabiq deputatla bağlı araşdırmaya BAŞLADI

Baş Prokurorluq sabiq deputatla bağlı araşdırmaya BAŞLADI

Hazırda oxunan: Baş Prokurorluq sabiq deputatla bağlı araşdırmaya BAŞLADI

54250

Milli Məclisin sabiq deputatı, “Ştutqart” şirkətinin sahibi Nəriman Əliyevin Bakıda ağacları kəsdirməsi faktı ilə bağlı araşdırmalara başlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 10C ünvanında ağacların kəsilməsi faktı ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olan materiallar əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılır:

“Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO