Əmircan qəsəbəsində 84 saylı məktəbi kim yandırıb? – ÖZƏL TƏFƏRRÜAT 

Əmircan qəsəbəsində 84 saylı məktəbi kim yandırıb? – ÖZƏL TƏFƏRRÜAT 

Hazırda oxunan: Əmircan qəsəbəsində 84 saylı məktəbi kim yandırıb? – ÖZƏL TƏFƏRRÜAT 

54244

Xəbər verdiyimiz kimi bu gün səhər saatlarında Bakının Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən 84 saylı orta məktəb yanıb. 

Bizim.Media-nın əldə etdiyi məlumata görə, yanğın saat 08:15 radələrində məktəbin direktoru Şəfəq İbişovanın otağından başlayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda məktəb binasında yanğın oldu


Məktəbin ikinci mərtəbəsində yerləşən direktorun kabinetində elektrik naqillərində qısa qapanma baş verib.

Bu zamanı otaqda olan elektrik cihazı alovlanıb. Daha sonra alov otaqda olan kağızlara keçib. Tez bir zamanda yanğına müdaxilə olunub və şagirdlər dərhal məktəbdən təxliyyə edilib. Xəsarət alan olmayıb, binaya cüzi zərər dəyib.

Məlumata görə, hazırda təhsil ocağında aidiyyatı qurumlar tərəfindən yanğının səbəbilə bağlı araşdırma aparılır.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO