Gəncədə Milad bayramı belə qeyd olundu - FOTO

Gəncədə Milad bayramı belə qeyd olundu - FOTO

Hazırda oxunan: Gəncədə Milad bayramı belə qeyd olundu - FOTO

54233

Gəncədə pravoslav xristianlar İsa Peyğəmbərin mübarək mövludunu - Milad bayramını qeyd ediblər.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Aleksandr Nevski kilsəsinin dini heyəti Həzrəti İsanın mövludu ilə bağlı ayinlər icra ediblər. 

Pravoslavlar kilsədə şamlar yandıraraq, sülh, əmin-amanlıq və xoşbəxtlik diləkləri ilə dualar oxuyub, xaç suyu içiblər.

Vətən müharibəsində şəhid olanların da ruhuna dualar oxunub. Pravoslavlar qeyd ediblər ki, illərdir Gəncədə sülh və əmin amanlıq şəraitində yaşayırlar və onlar üçün çox müqəddəs olan bu dini bayramı yüksək səviyyədə qeyd edirlər.

Ayinlər yekunlaşdıqdan sonra Aleksandr Nevski Rus Pravoslav Kilsəsinin iereyi Denis Sotnikov Azərbaycan Prezidenti İlham Əliyevin, Bakı və Xəzəryanı ölkə pravoslavlarının rəhbəri, yepiskop Aleksandrın, o cümlədən Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadənin “Milad bayramı” ilə bağlı təbriklərini səsləndirib. O, hər kəsə sülh və sevgi içində yaşamağı arzu edib.
 

Qeyd edək ki, xristian aləminin ən əlamətdar və təntənəli bayramlarından sayılan Milad ənənəyə görə, İsa Məsihin Vifleyem şəhərində dünyaya gəlməsinin şərəfinə qeyd olunur. Hazırda yüzdən artıq ölkədə rəsmi dövlət bayramı sayılır.


Xatırladaq ki, Gəncədə təxminən 2 min nəfərə yaxın pravoslav yaşayır. Onlar hər il kilsəyə gələrək ibadət və dini ayinlərini həyata kecirirlər.

Qərb bölgəsində yeganə pravoslav klsəsi olan Aleksand Nevski Rus Pravoslav kilsəsi 1887-ci ildə inşa olunub və bu günə kimi fəaliyyəti dayandırılmayıb. Gəncə şəhərində təxminən iki min nəfərə yaxın pravoslav yaşayır.

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO