Bakıda yanğın baş verən məktəb distant təhsilə keçdi

Bakıda yanğın baş verən məktəb distant təhsilə keçdi

Hazırda oxunan: Bakıda yanğın baş verən məktəb distant təhsilə keçdi

54205

Yanğın baş verən 84 saylı məktəbdə tədris distant formada davam edəcək.

Bu barədə Bizim.Media-ya Bakı Şəhəri üzrəTəhsil İdarəsindən məlumat verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda məktəb binasında yanğın oldu


Bildirilib ki, dekabrın 7-də səhər saatlarında Bakı şəhərindəki Aslan Muradov adına 84 nömrəli tam orta məktəbdə yanğın baş verib.

Yanğın məktəbin ikinci mərtbəsində baş verib. Məktəbin müəllim və şagird heyəti təxliyə olunub. Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən yanğın qısa müddət ərzində söndürülüb. Yanğın zamanı xəsarət alan olmayıb.

Bu gün məktəbdə dərslərin distant qaydada davam etdirilməsi nəzərdə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO