Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən 77 640 nəfər işsiz və işaxtaran şəxs işlə təmin edilib.
Bizim.Media xəbər verir ki, bu barədə məşğulluq sahəsində ötən ilə dair fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda qeyd edilib.
İclasda bildirilib ki, ötən il 16 232 şəxs özünüməşğulluq proqramına cəlb olunmaqla, onların seçdikləri biznes istiqamətləri üzrə aktivlərlə təminatı işləri aparılıb. Bu da proqramın icrasına başlandığı 2017-ci ilə nisbətən 13,6 dəfə çoxdur.
MÖVZU İLƏ BAĞLI:
İşsiz vətəndaşların nəzərinə: 56 min iş yeri boşdur
2021-ci ildə Dövlət Məşğulluq Agentliyi tərəfindən əməkhaqqının birgə maliyyələşdirilməsi proqramına 491 nəfər, peşə hazırlığı kurslarına 988 nəfər, peşəyönümü məsləhət xidmətlərinə 1 886 nəfər cəlb olunub. 3734 nəfərə isə işsizlikdən sığorta ödənişi verilib.
Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailələrinin, müharibə əlilləri və iştirakçılarının, erməni terrorundan zərər çəkən mülki şəxslərin, onların ailə üzvlərinin məşğulluğuna dəstək işləri çərçivəsində 10 minədək şəxs işə təmin edilib.
O cümlədən 6 minədək şəxsin özünüməşğulluq proqramına cəlb edildiyi, 4 minədək şəxsin işlə təmin olunduğu diqqətə çatdırılıb.
Bizim.Media