Ağ çörək bu xəstəliklərə SƏBƏB OLUR – Mütəxəssislərdən HƏYƏCAN TƏBİLİ

Ağ çörək bu xəstəliklərə SƏBƏB OLUR – Mütəxəssislərdən HƏYƏCAN TƏBİLİ

Hazırda oxunan: Ağ çörək bu xəstəliklərə SƏBƏB OLUR – Mütəxəssislərdən HƏYƏCAN TƏBİLİ

54145

Aparılan araşdırmalara görə insan həyatı boyu digər qida məhsulları ilə birlikdə təqribən 15 ton çörək yeyir. 

Çörək bol olarsa, basılmaz Vətən!

Əsrlər boyu Azərbaycan xalqı üçün çörək müqəddəs bir nemət sayılıb. Məhz elə buna görə də ölkədə ən çox istifadə olunan qida da çörəkdir. Dünya statistikasına görə, Azərbaycan illik adambaşına düşən çörək istehlakına görə, Avropa ölkələrini geridə qoyur. 

Müasir zamanda çörək insanlara o qədər də xeyirli olmayan bir qidadır. Çünki ağ un insanlarda şəkər, ürək-damar xəstəliklərinin yaranmasına və şiddətlənməsinə səbəb olur.

Məsələni qida mütəxəssisi Ağa Salamovla müzakirə etdik. Mütəxəssis Bizim.Media-ya açıqlamasında ağ undan hazırlanan çörək haqqında bəzi faktlara da aydınlıq gətirib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda un və çörəyin qiyməti ilə bağlı MÜHÜM QƏRAR 


Onun fikrincə, ağ un birbaşa elə ağ ölüm deməkdir. O, bunun səbəbini belə izah edib:

“Buğda dəyirmanda üyüdülərkən və kəpək, və rüşeym qismi ondan ayrılır və əla növ un əldə edilir. Bu zaman buğdanın qida dəyəri aşağı düşür. Qeyd edim ki, buğdadan ayrılan xeyirli hissəsində xərçəng əleyhinə olan maddə var, proses zamanı o məhv olur və biz çörəkdən faydalana bilmirik. Bundan başqa unun  tərkibində olan vitamin və minerallar ölür. Sağlam orqanizmə gün ərzində zülal, karbohidrat, lif və digər maddələr lazımdır. Lakin ağ un boş karbohidrat olduğu üçün insan orqanizminə ziyandır. Kəpək və rüşeym qismindən ayrılan undan hazırlanan çörək özündə heç bir vitamin ehtiva etmir”. 

Ekspert deyir ki, ağ çörək bu fəsadları yaradır:

- Ürək qan damar sisteminin sıradan çıxması

- Təzyiq

- Qara ciyərin yüklənməsi

- Mədə altı vəzin funksiyasının itiriməsi

- Piylənmə

- Qəbizlik isə bu problemlərin ən əsasıdır.

Qlüten isə...

Ağa Salamov deyir ki...


“Arpa, buğda, çovdar kimi bütün dənli bitkilərdə iki zülal qliodin və qlüten var. Qliodin çörəyin qabarmasında, qlüten isə çörəyə xüsusi elastiklik verməyə kömək edir. Qeyd edim ki, qlüten alergiyası və mədə -bağırsaq problemləri olan, hətta sağlam insanlara belə çox ziyandır”.

Nənələr qlamurlaşıb...

Qida mütəxəssisi sağlamlıqlarının qədrinə qalan insanlara ən yaxşısı ev şəraitində tam buğda və çovdar ununun qarışığından sağlam çörək hazırlamağa tövsiyə edir.

“Hazırda çörəyin qiyməti qalxıb, mən deyərdim ki, insanlar özləri 4-cü sənayenin işbazlarına bunun üçün şərait yaradıblar, tənbəlləşiblər. Çünki əvvəllər nənələrimizi əl dəyirmanı qoyub özləri unu üyüdüb, çörək bişirərdilər. İndi nənələr də qlamurlaşıb, meqapolis həyatı yaşayır. Ayaqları torpaqdan üzülüb, yığışıblar stres mənbəyi olan şəhərə. Bu da işbazalara, sağlamlığımıza zərər vuranlara əlverişli şərait yaradıb”.

Çörəyin insan orqanizmi üçün faydası nədir?

“İnsan orqanizminə lif lazımdı, bu da dükanda qiyməti artırılıb satılan ağ çörəkdə qəti yoxdur. Çünki o rüşeymdən ayrılıb. Bu da insan orqanizmində lifin çatışmazlığına gətirir. Orqanizmdə lif çatışmazlığı son zamanlar insanlarda aqressiya və əsəb yaradıb. Bunun üçün mütləq tam buğda və çovdar ununun qarışığından hazırlanan çörək yemək lazımdır. Ən sağlam un əl dəyirmanında üyüdüləndir. Yaxud bir balaca buğdanı cücərdib, onu ət maşınından çəkib çörək hazırlasınlar. Bu həm çox dadlı, həm də çox faydalıdır”,- deyə, Ağa Salamov bildirib.

Bəs GMO?

Dünya Səhiyyə Təşkilatının məlumatında qeyd edilir ki, 1945-61-ci il aclığından sonra ABŞ buğdanın məhsuldarlığını artırmaq üçün gen modifikasiyasını dəyişib. Xatırladaq ki, Azərbaycan Qanunvericiliyinin 21 –ci maddəsinə görə, ölkəyə GMO tərkibli qida məhsullarının gətirilməsi qadağandır.

Qida mütəxəssisi Məhsəti Hüseynova isə Bizim.Media-ya açıqlamasında bildirib ki, buğdanın tərkibi 1945-ci il aclığından sonra dəyişdirilməyə başlayıb. 

“Hibrit və digər üsullardan istifadə etməklə buğdanın tərkibi dəyişdiyindən onu GMO-lu hesab edə bilərik. Bu zaman buğdanın qida dəyəri aşağı düşür və nişasta hissəsi artır. Bu da son zamanar yayılan diabet, piylənmə və çölyak (qlüten qəbulu zamanı nazik bağırsağın iltigabı) xətəliklərini yaradan amillərdən biridir”. 


Çörəyin miqdarı və qəbulu...

Qida eksperti bildirir ki, əgər biz ağ çörəkdən imtina edə bilmiriksə mütləq şəkildə onun miqdarına fikir verməliyik.

Onun fikrincə,  gün ərzində yalnız səhər və axşam yeməklərində hər dəfəsində 1 dilim olmaq şərti ilə ağ çörəkdən istifadə etmək daha yaxşı olar.

“Bu zaman çörəyi qızardıb suxarı formasında yesək, onun tərkibində olan zərərli maddələr və kalorisi azalar. Gün ərzində ağ çörək qəbulunun miqdarını artırdığımız təqdirdə həzm prosesi, maddələr mübadiləsi pozulur və insanda bağırsaq keçməməzliyi yaranır. Bundan başqa artıq istifadə insanda köp, şişkinlik və əzələlərdə spazma əmələ gətirir. Ən yaxşısı yulaf, qarabaşaq unundan istifadə etməklə üzərinə kətan, çörək otu, çia və küncüt toxumlarından və günəbaxan tumu əlavə etməklə daha xeyirli, faydası yüksək olan çörək hazırlamaq olar”. 

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO