Bəzən insana rast gəlirsən və başa düşürsən ki, bu sevgidir. Astroloqların fikrincə, bəzi bürclər bir-birini tamamlayır. Müəyyən mənada bir-birinə bənzəyirlər, lakin bəzi cəhətlərdə əksdirlər.
Bizim.Media bir-birilə tutan, uyğun gələn 10 bürcün, 5 cütlüyün siyahısı toplayıb:
Xərçəng və Buğa
Bu iki bürc ailə dəyərlərinə çox uyğundur. Onlar ahəngdar cütlük yaradır, bir-birini mükəmməl başa düşürlər. Xərçəng Buğa bürcünün inadkarlıq və qəzəb püskürmələrini, nadir hallarda da olsa, sakitləşdirə bilər. Buğa, Xərçəngin tərəddüd etdiyi qərarlar verməyi öz üzərinə götürür. Bu iki insanın arasında çətinlik yalnız bi-biri ilə tanış olmaqları ilə bağlıdır. Gerisi Allah kərim.
Şir və Oxatan
Görünür, Şir bürcü hər saniyə onu heyran edəcək bir insana ehtiyac duyur. Oxatan isə tez-tez ən yaxın bildiyi insanlara laqeydlik göstərir. Ancaq bu, təəccüblü dərəcədə güclü bir cütlükdür. Onlar hər şeyə həvəslidirlər, macəra, təcrübə axtarırlar. Onların müəyyən bir anlayışı və dünyagörüşü var. Onlar ən yaxşı dostların, ehtiraslı sevgililərin və güclü ailənin təcəssümüdür. Yetər ki, vaxtsız ayrılmasınlar.
Qız və Oğlaq
Qız və Oğlaq uğurlu tandemə sahib ola bilərlər. Cütlük təfərrüatlara diqqətlə yanaşır, bütün qayğıları həll edir. Bu birlik mükəmməlliyə can atır və buna nail olunması təəccüblü deyil. Bu insanlar ən qeyri-mümkün çətinliklərə tab gətirməyi bacarırlar. Qız Oğlaq bürcünün şiddətini yumşaldacaq və onun uğur qazanmasına kömək edəcək. Onların malik olduqları bütün xüsusiyyətlərə görə bir-birlərini səmimiyyətlə sevməkləri qaçılmazdır. Səmimiyyət xəyanət və yalanın düşmənidir.
Dolça və Tərəzi
Dolça və Tərəzi bürclərinin nümayəndələrini taleyüklü görüş gözləyir. Hər ikisi azadlıqsevərdir və bunun bir-birini şəxsi məkanla təmin etmək üçün nə qədər zəruri keyfiyyət olduğunu başa düşməyə meyllidirlər. Ancaq zaman keçdikcə buna ehtiyac olmayacaq, iki bürc bir-birini o qədər sevəcək ki, hər şeyi birlikdə edəcək, gündəlik həyatlarını birlikdə quracaqlar, gələcəyi planlaşdıracaqlar. Planlı sevgi daha uzunömürlü olur.
Balıqlar və Əqrəblər
Balıqlar və Əqrəblər eyni abu-havada yaşayırlar. Balıqlar, Əqrəbin çox sevdiyi həyatına uyğun tədbirlərə razıdır. Əqrəb güclü qoruyucu divardır deyə lazım gələrsə, Balıqlara sirdaş da olacaq. Əqrəbin xatirinə bəzi güzəştlərə gedə bilərlər və o da öz növbəsində Balıqları bütün zəngin daxili dünyası ilə qəbul edir. Bu insanların həyatında həmişə qaçmaq üçün bir yer olacaq.
Həqiqətdən isə qaçış yoxdur.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
08:10 / 07.01.2022
Onlar bir-biri üçün doğulublar – Bürclərin 5 ƏSAS CÜTLÜYÜ
Hazırda oxunan: Onlar bir-biri üçün doğulublar – Bürclərin 5 ƏSAS CÜTLÜYÜ
Hazırda oxunan: Onlar bir-biri üçün doğulublar – Bürclərin 5 ƏSAS CÜTLÜYÜ
54141
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.