Daxili işlər Nazirliyi Bakıda şagirdi döyən məktəb direktoru ilə bağlı açıqlama yayıb.
Nazirliyin Mətbuat Xidmətindən Bizim.Media-ya bildirilib ki, hadisə nəzarətə götürülüb:
MÖVZU İLƏ BAĞLI:
Bakıda direktor şagirdi döydü - VİDEO
"Bakı şəhəri 9 nömrəli tam orta məktəbin direktorunun şagirdlərlə uyğun olmayan davranışının əks olunduğu videogörüntülərdən məlumatlıyıq. Ərazi üzrə - Nəsimi RPİ-nin 19-cü Polis Şöbəsində təhqiqat araşdırmaları aparılır. Hazırda təhqiqat qrupu məktəbdədir. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək".
Bizim.Media