Azərbaycanda 5 partiya ofislə təmin edildi - FOTO

Azərbaycanda 5 partiya ofislə təmin edildi - FOTO

Hazırda oxunan: Azərbaycanda 5 partiya ofislə təmin edildi - FOTO

5413

Azərbaycanda siyasi partiyaların normal fəaliyyətinin təmin edilməsi, onların iş şəraitinin yaxşılaşdırılması barədə dövlət başçısının tapşırıqlarına uyğun olaraq, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti bir sıra siyasi partiyalara fəaliyyət göstərmələri üçün dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələri təqdim edib.

Azərbaycan İqtisadiyyat Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, bununla əlaqədar olaraq, dekabrın 15-də siyasi partiyaların iştirakı ilə tədbir keçirilib.

Tədbir çərçivəsində ilkin olaraq 5 siyasi partiyaya ofis sahələrinin açarları təqdim edilib. Ana Vətən Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Milli Cəbhə Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası və Milli Dirçəliş Hərəkatı Partiyası fəaliyyət göstərəcəkləri ofislərlə tanış olublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO