Özünü “seyid” kimi təqdim edən narkokuryer TUTULDU: “Xuda məni bağışlamadı” - VİDEO

Özünü “seyid” kimi təqdim edən narkokuryer TUTULDU: “Xuda məni bağışlamadı” - VİDEO

Hazırda oxunan: Özünü “seyid” kimi təqdim edən narkokuryer TUTULDU: “Xuda məni bağışlamadı” - VİDEO

54120

Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. 

Bizim.Media xəbər verir ki, həyata keçirilən tədbir zamanı narkotik vasitələrin satışı ilə məşğul paytaxt sakini, əvvəllər məhkum olunmuş Xudaverdi Allahverdiyev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 1 kiloqram 65 qram heroin aşkar edilərək götürülüb. Araşdırma zamanı həmin şəxs narkotik vasitələri satmaq məqsədi ilə xarici ölkələrdən birinin vətəndaşından onlayn yolla aldığını bildirib.

Qeyd edək ki, Xudaverdi Allahverdiyev narkotik vasitələrin satışını həyata keçirdiyi üçün izini itirmək məqsədi yaşayış ünvanlarını mütəmadi olaraq dəyişirmiş.

Sonuncu dəfə Nərimanov rayonunda külli miqdarda heroini satış məqsədi ilə əldə edən zaman polislər tərəfindən saxlanılıb.

O, özünü insanlara seyid kimi təqdim etdiyini bildirib:

"Kimsə inanmaz ki, mən - Xudaverdi Allahverdiyev narkotika sata bilər. Çünki hamıya özümü seyid kimi tanıdırdım. Adım və soyadım da bunu təsdiq edirdi ki, mən elə-belə adam deyiləm. Heyf oldu əziyyətlərim. Bitdi artıq. Planlarım var idi. Daha çox qazanmaq istəyirdim. Xuda məni bağışlamadı...". 

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Xudaverdi Allahverdiyev barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO