Şagirdləri döyən direktor haqqında ARAŞDIRMA BAŞLANDI – RƏSMİ

Şagirdləri döyən direktor haqqında ARAŞDIRMA BAŞLANDI – RƏSMİ

Hazırda oxunan: Şagirdləri döyən direktor haqqında ARAŞDIRMA BAŞLANDI – RƏSMİ

54115

Bir neçə saat bundan əvvəl sosial şəbəkələrdə Bakı şəhəri 9 nömrəli tam orta məktəbin direktoru Zinyət Əhmədovanın biabırçı görüntüləri yayılıb.

Bizim.Media xəbər verir ki, görüntüdə məktəb rəhbərinin şagirdlərə şillə vurması və digərini itələməsi əks olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda direktor şagirdi döydü - VİDEO


Məktəbin mühafizə kameralarına əks olunan görüntülər ictimailəşdikdən sonra böyük müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı 9 nömrəli məktəb ilə əlaqə yaratmağa çalışdıq. Telefona kobud cavab verən və özünü təqdim etməkdən imtina edən qadın isə, bildirib ki, məsələdən xəbəri yoxdur.

“Xanım, mən burada müəlliməm, bekar deyiləm ki, sizin boş-boş verdiyiniz sualllara cavab verim. Sosial–mosial şəbəkələrdə də yayılan heç nədən xəbərim yoxdur. Bəsdirin, bizi narahat etməyin, qoyun işimizi görək”.

Üzümüzə telefonu qapadan xanım sonradan dəfələrlə etdiyimiz zənglərə isə cavab verməyib.

Məsələ ilə bağlı Bakı Şəhər Təhsil İdarəsinin mətbuat katibi Bəşarət Məmmədov Bizim.Media-ya açıqlamasında bildirib ki, 9 nömrəli tam orta məktəbin direktorunun şagirdlərlə uyğun olmayan davranışının əks olunduğu videogörüntü ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparılır. 

O, qeyd edib ki, araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək.

“Ümumi təhsil müəssisələrində müəllim-şagird münasibətlərinin tənzimlənməsi və uşaqların psixoloji dayanıqlılığının artırılması məqsədilə müvafiq tədbirlər həyata keçirilir. Məktəbin, müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO