Qəfil gələn ölümlərdən necə qorunmalı? - Ekspertlərdən tibbi və texniki ÇÖZÜMLƏR

Qəfil gələn ölümlərdən necə qorunmalı? - Ekspertlərdən tibbi və texniki ÇÖZÜMLƏR

Hazırda oxunan: Qəfil gələn ölümlərdən necə qorunmalı? - Ekspertlərdən tibbi və texniki ÇÖZÜMLƏR

54032

Havaların soyuması ilə bağlı isitmə cihazlarından istifadənin artması dəm qazından zəhərlənmə təhülkəsini də yenidən aktuallaşdırıb. Belə ki, son günlərdə bu cür olaylarla bağlı xəbərlərin çoxluğu xüsusi diqqət çəkir. Dəm qazından zəhərlənmə hadisələrinin baş verməsinin əsas səbəbkarları isə, adətən “İran peçləri” və xalq arasında “pitiminutka” adlandırılan su qızdırıcıları olur.

Son günlərdə, bu mənfi tendensiyanın daha da artmasını Bakı şəhər Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov da təsdiqləyib. 

Həkim Bizim.Media-ya müsahibəsində qeyd edib ki, son 3-4 gün ərzində dəm qazından zəhərlənmə ilə bağlı 30-dan çox müraciət daxil olub.

Baş toksikolqun sözlərinə görə, ölüm halı yaşanmayıb, lakin xəstələr müalicə olunub və onlara lazımi məsləhətlər verilib.

Azər Maqsudov bu cür xoşagəlməz hallar baş verdikdə edilməli olan ilk tibbi yardım metodlarını da açıqlayıb:

“İlk növbədə, zəhərlənən şəxs mütləq olaraq qapalı məkandan təmiz havaya çıxarılmalıdır. Daha sonra istilik vermək və xəstənin bədən tempraturunu artırmaq lazımdır. Çünki zəhərlənmə zamanı, bədən tempraturu aşağı düşür. Vəziyyətdən asılı olaraq, lazım gələrsə, təcili tibbi yardıma müraciət olunmalıdır ki, mütəxəssis dəqiq diaqnozu təsdiqləsin. Çünki yaşlı insanlarda qan təzyiqi və şəkərin qalxması zamanı da oxşar əlamətlər müşahidə oluna bilər. Bunları fərqləndirmək üçün isə, mütləqdir ki, təcili tibbi yardım həkimləri çağrılmalıdır”.

Bəs, ümumiyyətlə, bu halların yaşanmaması üçün hansı preventiv tədbirlər görülməlidir?

Kommunal məsələlər üzrə ekspert Nüsrət Qasımovun fikrincə, boğulmalar əsasən abonentlərin təhlükəsizlik qaydalarına əməl etməməsindən yaşanır.
 

“Təhlükəsizlik qaydasına görə, vanna otağının sahəsi 7.5 kub metrdən balaca olmamalıdır. Hündürlüyü ən azından 2.5 metr olmalıdır. Bu adi təhlükəsizlik qaydalarıdır”, - deyə müsahibimiz qeyd edib.


Ekspert “təhlükəsizlik qaydalarına necə əməl olunmalır?”, sualını da cavablandırıb: 

“Qapının aşağısında mütləq dəliklər olmalıdır ki, çöldən gələn təmiz hava ilə vanna otağındakı hava təmizlənsin. Bundan sonra hamam otağının qapısı mütləq çölə açılmalıdır. Dəm qazı tutan adamın huşu itməmiş, çölə çıxa bilsin. Təsəvvür edin,  zəhərlənən insan qapını açmaq istəsə və o içəri açılırsa yıxılacaq qapının arxasına və onu xilas etmək çətinləşəcək, bəlkə də mümkün olmayacaq. Bundan əlavə vanna otağının mütləq nəfəsliyi olmalıdır ki, içəridəki hava ilə çöldəki hava ilə təmas etsin. Bu zaman hava zəhərli maddələrdən təmizlənir. 1 saat ərzində vanna və mətbəx otaqlarının havası mütləq 3 dəfə dəyişilməlidir”.
 

“Qış aylarında mütləq müasir isitmə cihazlarından istifadə etmək lazımdır. Hər bir elektrik cihazının bir istismar müddəti var. Bu 4 gözlü sobalarda 20 il, elektrik su qızdırıcılarında isə 10 ildir. Bu müddət bitdikdən sonra mütləq bu cihazlar dəyişdirilməlidir”.


N.Qasımov bu prosesin necə təhlükəli olduğunu da izah edib:

“Məsələn, 1 kubmetr qazın yanması üçün, 9.5 kubmetr hava lazımdır. Burada hava konsentrasiyası cihazlarda əmələ gəlir. Əgər bu isitmə cihazlarında hər hansı bir nasazlıq olarsa, burada hava konsentrasiyası pozulur və bu səbəbdən də ayrılmalı olan Karbon 4 oksid yox, Karbon 2 oksid ayrılır. Deməli, el dili ilə desək, zəhərsiz qaz ayrılmaqdansa, zəhərli qaz yaranır. Karbon 2 oksid də çox zəhərli qazdır. Onunla insana 7 dəqiqə nəfəs alması kifayətdir ki, zəhərlənsin”.

Ekspertin sözlərinə görə, qazın tərkibində hər hansı zəhərli maddələrin olması iddiası da reallığı əks etdirmir.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO