Azərbaycanın ilk qadın pediatr alimi vəfat etdi

Azərbaycanın ilk qadın pediatr alimi vəfat etdi

Hazırda oxunan: Azərbaycanın ilk qadın pediatr alimi vəfat etdi

5403

Azərbaycanın tanınmış pediatrı 94 yaşında vəfat edib.

Bizim.Media-nın məlumatına görə, bu barədə Azərbaycan Tibb Universitetinin mətbuat xidmətinin rəhbəri Günel Aslanova məlumat verib.

Bildirib ki, dekabrın 16-da Azərbaycanın görkəmli alimi, Tibb elmləri doktoru, professor, akademik Adilə Namazova dünyasını dəyişib.

Azərbaycanın ilk qadın pediatr alimi Adilə Namazova 1926-cı ildə Ağdam rayonunda anadan olub. 1949-cu ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Əmək fəaliyyətinə Ağdam rayon mərkəzi xəstəxanasında başlayıb.

Professor Adilə Namazova 300 elmi əsərin, 8 monoqrafiya və dərsliyin, 5 ixtiranın müəllifidir. A. Namazova “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO