Yeni il tədbirləri “Köhnə Yeni il”ə qədər davam edəcək? - AÇIQLAMA

Yeni il tədbirləri “Köhnə Yeni il”ə qədər davam edəcək? - AÇIQLAMA

Hazırda oxunan: Yeni il tədbirləri “Köhnə Yeni il”ə qədər davam edəcək? - AÇIQLAMA

53946

2022-ci ili ölkəmiz bayram üçün təşkil olunmuş möhtəşəm atəşfəşanlıqla qarşılayıb. Həmçinin şəhərdə qurulan böyük yolkalar, uşaqlar üçün təşkil olunan yeni il şənlikləri bayram günlərinə xüsusi yaraşıq verib. 

Lakin hələ də yeni il ab-havalı şəhəri görməyənlər, uşaqlarını bayram tədbirinə apara bilməyənləri nəzərə alsaq, bayram tədbirlərinin nə vaxta qədər davam edəcəyi haqda suallar hələ də hər kəsə maraqlıdır.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən Bizim.Media-a ya verilən açıqlamaya görə, yeni il tədbirlərinin davam etməsi Operativ Qərargahın qərarından asılıdır:
 

MÖVZU İLƏ BAĞLI:

Bayram günlərində milli parklarımızı 1884 turist ziyarət edib


“Şəhərdə və eləcə də digər yerlərdə yeni il tədbirlərinin davam edib, etməyəcəyi barədə məlumat yalnız Operativ Qərargahın verəcəyi qərardan asılıdır. Lakin yanvarın 13-nə qədər şəhər sakinləri, yeni il ab-havasını şəhərdə hiss edə bilərlər”.

Qeyd edək ki, yanvarın 13-ü həmçinin “Köhnə İl” kimi də ölkəmizdə qeyd olunur.  Bu ənənə ta keçmişdən Yuli təqviminə əsaslanıb, bununla da bayram yanvarın 13-dən 14-nə keçən gecə qeyd olunur. Sovet İttifaqı qurulduqdan sonra ənənələrin saxlanması məqsədilə qeyd olunmağa başlayan “Köhnə il” hələ də bir sıra ölkələrdə bayram günü hesab edilir.

Azərbaycanda bu bayram daha çox ölkəmizdə yaşayan rus və rus dilli şəxslər tərəfindən qeyd olunur. 

Yeni ili yanvarın 13-ü qarşılamaq ənənəsi Serbiya və Çernoqoriyada da saxlanılıb. Çünki bu ölkələrdə Rusiyada olduğu kimi kilsə günləri Yuli təqvimi ilə qeyd edilir.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO