DİN bir gündə 36 cinayət hadisəsinin açılmasını təmin edib

DİN bir gündə 36 cinayət hadisəsinin açılmasını təmin edib

Hazırda oxunan: DİN bir gündə 36 cinayət hadisəsinin açılmasını təmin edib

53793

Daxili İşlər Nazirliyi (DİN) yanvarın 3-də qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

DİN-in mətbuat xidmətindən Bizim.Media-ya bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 36 cinayətin üstünü “isti izlər”lə açıblar.

Əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə 10 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 5 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatla bağlı 5 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO