Mingəçevirdə kişi meyiti aşkarlandı

Mingəçevirdə kişi meyiti aşkarlandı

Hazırda oxunan: Mingəçevirdə kişi meyiti aşkarlandı

53782

Mingəçevirdə kişi iş yerində ölü vəziyyətdə aşkarlandı.

Bizim.Media-nın bölgə müxbirinin məlumatına görə, hadisə səhər saatlarında Şah İsmayıl Xətai küçəsində yerləşən çayxanalardan birində baş verib.

1956-cı il təvəllüdlü şəhər sakini Paşayev Zakir Camal oğlu çalışdırdığı çayxanada ölü vəziyyətdə aşkarlanıb.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Əldə olunan ilkin məlumata görə obyekt sahibinin ölümündə hər hansı şübhəli məqam aşkarlanmayıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO