Günəşin və dənizin mənfi təsirləri nəticəsində saçlar yay aylarında quruyur və tez qırılır. Bu səbəbdən xanımların böyük bir hissəsi qısa saç kəsimlərinə yönəlir. Onların uzanması isə xeyli vaxt aparır.
Bizim.Media bu yazıda oxucuları saçların sürətlə uzanmasına təsir edən yerkökü maskası ilə tanış edir.
İnqrediyentlər:
1 ədəd yerkökü, 1 çay qaşığı kokos yağı, 1 çay qaşığı küncüt yağı, 3 diş sarımsaq, 1 stəkan su.
Hazırlanması və tətbiqi:
Yerkökünü yuyub sürtgəcdən keçirin. Sarımsaqları soyub əzin və ya onu da sürtgəcdən keçirin. Yerkökü və sarımsağı kasaya töküb, üzərinə bir stəkan su əlavə edin. Maskanı zəif odda 20 dəqiqə qaynadın. Sonra qazanın soyumasını gözləyin.
Suyu süzüb maskanı saça çəkin və başınızı streçlə bağlayın. 1-2 saatdan sonra saçları ilıq su və şampunla yuyub qurudun.
Saçlarını uzatmaq istəyənlər bilməlidir ki, bu maska həftədə 1 dəfə edilməlidir. Təbii məhsullardan hazıranan bu maska həm saçları uzadacaq, həm də yumşaldıb parıltı qazandıracaq. (Publika.az)
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
04:17 / 04.01.2022
Saçlarınızın tezliklə uzanmasını istəyirsiniz? - RESEPT
Hazırda oxunan: Saçlarınızın tezliklə uzanmasını istəyirsiniz? - RESEPT
Hazırda oxunan: Saçlarınızın tezliklə uzanmasını istəyirsiniz? - RESEPT
53748
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.