2021-də 45 media işçisi vəfat edib - 6 ay öncə Siracla Məhərrəm də şəhid olub

2021-də 45 media işçisi vəfat edib - 6 ay öncə Siracla Məhərrəm də şəhid olub

Hazırda oxunan: 2021-də 45 media işçisi vəfat edib - 6 ay öncə Siracla Məhərrəm də şəhid olub

53693

Ötən il dünyada 45 media əməkdaşı xidməti vəzifələrini yerinə yetirərkən həlak olub.

Bizim.Media xəbər verir ki, bu barədə Beynəlxalq Jurnalistlər Federasiyasının (IFJ) yekun hesabatında bildirilib.

Məlumata görə, Asiya-Sakit okean regionunda 20, Amerika qitəsində 10, Afrikada səkkiz, Avropada altı, Yaxın Şərq və ərəb dünyasında bir jurnalist öldürülüb.

İranda iki media işçisi bədbəxt hadisə nəticəsində həlak olub.

Media nümayəndələrinin ən çox qətli Əfqanıstanda (doqquz hadisə) və Meksikada (səkkiz nəfər ölüb) baş verib. Hindistanda dörd, Pakistanda isə üç jurnalist öldürülüb. IFJ-nin məlumatına görə, 33 jurnalist məqsədli hücumların hədəfinə çevrilib.

Xatırladaq ki, 2021-ci ilin iyunun 4-də xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunan televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “KamAZ” markalı avtomobil rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşüb.

Nəticədə "AzTV"nin operatoru Sirac Abışov və "AZƏRTAC"ın müxbiri Məhərrəm İbrahimov şəhid olub.

Prezident İlham Əliyev iyunun 14-də imzaladığı sərəncama əsəsən onlar ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif ediliblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO