Quba şəhərində yaşayan Fatma nənə bu gün 100 yaşını qeyd edir.
Bizim.Media xəbər verir ki, əslən Şuduq kəndindən olan nənə, ömrü boyu burada yaşayıb. O, təmiz dağ havasının, təbii qidaların onun ömrünün uzatdığını qeyd edib. Hər zaman özünü gümrah hiss edən nənə bildirib ki, fiziki iş də onun sağlam qalmasına yardımçı olub.
Bu gün ad gününü ailəsi nəvə, nəticəsi ilə qeyd edir. Bir əsr yaşının olmasına baxmayaraq, Fatma nənə özünü çox yaxşı hiss etdiyini deyib.
Fatma Əhmədovanın yubileyi münasibətilə Quba İH başsısı Ziyəddin Əliyev də nənəni ziyarət edərək onu təbrik edib.
Rayon rəhbəri Qubanın ən yaşlı sakininə doğum günü münasibətilə qiymətli hədiyyələr təqdim edib.
Aytəkin Alxaslı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:16 / 03.01.2022
Qubanın ən yaşlı sakini 100 yaşını QEYD EDİR - FOTOLAR
Hazırda oxunan: Qubanın ən yaşlı sakini 100 yaşını QEYD EDİR - FOTOLAR
Hazırda oxunan: Qubanın ən yaşlı sakini 100 yaşını QEYD EDİR - FOTOLAR
53683
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.