Ağdamda 30 minlik yeni stadion İNŞA EDİLƏCƏK  

Ağdamda 30 minlik yeni stadion İNŞA EDİLƏCƏK  

Hazırda oxunan: Ağdamda 30 minlik yeni stadion İNŞA EDİLƏCƏK  

53676

“Ağdam şəhərində tamaşaçı tutumu 30 min nəfərdən çox olan yeni stadion tikiləcək. Yeni stadion əvvəlki yerində - Pənahəli xanın imarət kompleksində deyil, şəhərin digər daha böyük, geniş infrastruktura malik guşəsində inşa ediləcək”.

Bizim.Media xəbər verir ki, bu sözləri Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “AzərTAc”a açıqlamasında deyib. O bildirib ki, hazırda burada layihələndirmə işləri gedir.
 

MÖVZU İLƏ BAĞLI:

Ağdamda əhəngdaşı yatağının istismarına dair investor seçimi başlanıldı


​​​​​​​“Bu idman məhəlləsində tək futbol stadionu deyil, müxtəlif idman yarışları üçün qapalı-açıq idman zalları planlaşdırılır.

İdman təmayüllü orta məktəbin, Azərbaycanın digər yerlərindən bura gələcək uşaqlar üçün idman yay düşərgəsinin layihələndirilməsi nəzərdə tutulur”, – deyə Emin Hüseynov bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO