“Oğlum nəslin yeganə oğul övladı idi” - Qubadlıda öldürülən hərbçinin anası 

“Oğlum nəslin yeganə oğul övladı idi” - Qubadlıda öldürülən hərbçinin anası 

Hazırda oxunan: “Oğlum nəslin yeganə oğul övladı idi” - Qubadlıda öldürülən hərbçinin anası 

53662

Qubadlıda hərbçi yoldaşı Elxan Əzizli tərəfindən qətlə yetirildiyi bildirilən 22 yaşlı gizir Rəfail İbrahimovun anası Zeynəb İbrahimova oğlu haqda danışıb. 

Bizim.Media xəbər verir ki, o, Yeniavaz.com-a açıqlamasında Rəfailin 2 ildir hərbidə xidmət etdiyini deyib:

“Son danışığı bayram günü oldu. Deyirdi ki, hər şey yaxşıdı, özüm də yaxşıyam. Hərbi xidməti dövründə də nümuməvi əsgər olduğuna görə fəxri fərmanlarla təltif olunmuşdu. 44 günlük Vətən müharibəsində də iştirak edib. Laçın rayonunun Güləbird kəndində xidmətində idi”. 
 

MÖVZU İLƏ BAĞLI:

3 hərbçini qətlə yetirən MAXE haqqında ÖZƏL MƏLUMAT


Rəfail İbrahimovun anası həmçinin bildirib ki, oğlu nümunəvi əsgər olduğuna görə hərbi xidmətini başa vurduqdan sonra orduda xidmətini davam etdirirdi. 

“Oğlum evin tək övladı, hətta nəslin yeganə oğul övladı idi. Balam gənc idi, çoxlu arzuları vardı. Sərhəd qoşunlarında xidmət edirdi”.

Qeyd edək ki, Dövlət Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əvəzli Elxan Məhəmməd oğlu naməlum səbəbdən öz xidməti silahından atəş açmaqla xidmət etdiyi sərhəd zastavasının hərbi qulluqçuları baş leytenant İsmayılov Yusif İsmayıl oğlunu, kiçik gizir Cəlilzadə Amil Fuar oğlunu və kiçik gizir İbrahimov Rəfail Natiq oğlunu qətlə yetirib.

E.Əzizli hadisə yerindən qaçsa da, Laçın rayonu ərazisində saxlanılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO