Elmar Məmmədyarovun atası dəfn edildi - FOTO

Elmar Məmmədyarovun atası dəfn edildi - FOTO

Hazırda oxunan: Elmar Məmmədyarovun atası dəfn edildi - FOTO

53611

Görkəmli alim, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, “Şöhrət” və “Şərəf” ordenli, akademik Məhərrəm Məmmədyarov II Fəxri xiyabanda dəfn edilib.

Bizim.Media xəbər verir ki, vida mərasimində AMEA Rəyasət Heyətinin üzvləri, çalışdığı Neft-Kimya Prosesləri İnstitutunun kollektivi, Akademiyanın bir sıra elmi müəssisə və təşkilatlarının rəhbərləri, elmi ictimaiyyətin nümayəndələri, eləcə də mərhum alimin ailə üzvləri iştirak ediblər.

MÖVZU İLƏ BAĞLI:

Elmar Məmmədyarovun atası DÜNYASINI DƏYİŞİB - ÖZƏL


Alimin məzarı önünə Xarici İşlər Nazirliyinin rəhbərliyi və AMEA Rəyasət Heyəti və Neft-Kimya Prosesləri İnstitutu adından əklillər düzülüb.

Qeyd edək ki, Məhərrəm Məmmədyarov 51 il Y.H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda  sintetik yağların sintez və texnologiyaları laboratoriyasının rəhbəri işləyib. 

Məhərrəm Məmmədyarov azərbaycanlı alim, kimya elmləri doktoru, AMEA-nın həqiqi üzvüdür. O, 2014-cü ildə “Şərəf” ordeni ilə təltif olunub.

Məhərrəm Məmmədyarovun anası Cəvahir xanım Naxçıvanın məşhur ailələrindən olan Kəlbalıxanovlardandır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO