Sabah Bakıda bu avtomobil tunelində hərəkət dayandırılacaq – DETALLAR

Sabah Bakıda bu avtomobil tunelində hərəkət dayandırılacaq – DETALLAR

Hazırda oxunan: Sabah Bakıda bu avtomobil tunelində hərəkət dayandırılacaq – DETALLAR

53601

3 yanvar tarixində saat 11:00-dan axşam saatlarına qədər Ziya Bünyadov prospektinin 20 Yanvar dairəsindən Koroğlu qovşağı istiqamətində yerləşən sonuncu avtomobil tunelində işıqlandırma sisteminin təmiri işləri həyata keçiriləcək. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, sözügedən müddət ərzində tunellə avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılaraq prospektin yan yoluna yönəldiləcək: 

“Sürücülərdən qeyd edilən zaman çərçivəsində sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.  Yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyirik”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO